Modern.az

"Kapital Bank"ın Abşeron filialına basqın edildi, mühafizəçi yaralandı

"Kapital Bank"ın Abşeron filialına basqın edildi, mühafizəçi yaralandı

Təhsil

4 İyul 2015, 01:05


"Kapital Bank" ASC-nin Abşeron filialına silahlı basqın olub. Apa-nın məlumatına görə, bir  nəfər silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Mühafizəçi bıçaq və güllə yarası alıb.

Məlumata görə, şübhəli şəxs məqsədinə çatmayıb və bankdan heç nə götürməyərək ərazindən uzaqlaşıb.

Abşeron  Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.

 Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...