Xarici İşlər Nazirliyi adından nazir müavini Xələf Xələfov müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini İftar məclisinə dəvət edib.
Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
Xələf Xələfov Azərbaycanın İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edib.
O, ölkələr arasında ikitərəfli və çoxtərəfli müstəvidə siyasi, iqtisadi və mədəni sahədə əməkdaslığın gündən-günə dərinləşdiyini söyləyib.
XİN rəsmisi Azərbaycan ilə İslam Əməkdaslıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkisaf etdiyini qeyd edərək, ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli işində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İslam Əməkdaslıq Təşkilatının dəfələrlə münaqişə ilə baglı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurğulayıb. O, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təsəkkürünü bildirib.
Nazir müavini müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə fəaliyyətlərində uğurlar arzu edərək, müqəddəs ayda xalqlarına və hökumətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.
Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakes Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami İftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib.
Aqşin Kərimov