Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah - iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.
İyulun 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Modern.az