Bakıda dənizdə batan şəxsin polis əməkdaşı olduğu məlum olub.
APA-nın məlumatına görə, suda boğulan ər və arvadı xilas etmək üçün dənizə girən Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nurəliyev Zaur Zakir oğlu qadını xilas etsə də, onun ərini qurtara bilməyib və özü də batıb.
Hazırda polis əməkdaşının axtarışları davam etdirilir.
Oxu.az-ın əldə etdiyi məlumata görə, dənizdə Batan Zaur Nurəliyev İsmayıllı rayonunun Buynuz kəndindəndir. Zaur Nurəliyev 40 gün əvvəl ata olmuşdu
Onun cəsədi artıq sudan çıxardılaraq, dəfn edilmək üçün doğulduğu rayona aparılıb.
Modern.az