Modern.az

Lənkəranda iftar süfrəsi açıldı

Lənkəranda iftar süfrəsi açıldı

Təhsil

4 İyul 2015, 13:55

Lənkəranda   müqəddəs  Ramazan bayramı münasibətilə Milli Məclisin deputatı Hadi Rəcəbli 130 nəfər üçün iftar süfrəsi açıb. İftar süfrəsi ətrafına toplaşanlar dindarlar, yerlərdəki dini icmaların rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ əlilləri və veteranları, I Avropa oyunlarında qələbə qazanan lənkəranlı idmançiların valideynləri və digər əhali quruplarının  nümayəndələri olub.

Şeyxülislamın cənub bölgəsi üzrə səlahiyyətli  nümayəndəsi  Hacı  Sədi  Axundzadə orucluqdan və iftar süfrələrindən danışıb, qarşıdan  gələn  Ramazan  bayramı münasibəti  ilə iştirakçıları ürəkdən təbrik  edib. Mərasimdə  dini-mənəvi dəyərlər  mövzusunda söhbətlər aparılıb, ölkə prezidenti İlham Əliyevin uğurları üçün dualar oxunub.

Milli Məclisin deputatı Hadi Rəcəbli  iftar süfrəsində  dövlət-din  münasibətlərinin  günbəgün güclənməsindən, son zamanlar həyata keçirilmiş mühüm və məqsədyönlü işlərdən danışıb.

Deputat  daha sonra Lənkəranda  İslam  dəyərlərinə  hörmət edən  insanlar  üçün  yaradılan şəraitdən söz açıb. O da qeyd olunub ki, hər il prezident İlham Əliyevin özü də şeyxin iqamətgahında şəxsən iftar süfrəsində iştirak edir. Deputat qeyd edib ki,  I Avropa oyunlarının ölkəmizdə keçilməsi Azərbaycanın dünyadakı böyük nüfuzunun göstəricisidir.

Eyni zamanda Lənkəran  Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev iftar  süfrəsinə  toplaşanları  qarşıdakı  Ramazan  bayramı  münasibətilə  təbrik  edib.

Dini icma numayəndələri, ağsaqqallar şurasının üzvləri, bələdiyyə sədrləri belə tədbirlərin keçirməsindən məmnun olduqlarını bildiriblər. Sonda  Məhəmməd peyğəmbərin (s.a.s) həyatından bəhs edən  film  numayiş  etdirilib.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...