7 il boyunca xırda pullar topladı və ortaya 29 min türk lirəsi çıxdı.
Modern.az saytı türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Trabzon vilayətndə Mehmed Ufuk Ayaz adında bir vətəndaş 7 il boyunca marketdən etdiyi alış-verişdən sonar geri qaytarılan qalıq pulları yığıb.
Mehmed Ufuk Ayaz 7 ildən bəri qalıq qəpikləri topladığın deyib: “İnanın, bu qədər qəpiyin toplanacağın heç düşünməmişdim. Hər axşam evə gələndə üzərimdə olan qəpik pulları kassaya atırdım, heç xərcləmirdim.
Avtomobilim var, bu qədər pul toplandığını görüncə, bəlkə bir ev alaram deyə hədəfim var.
Qəpikləri böyük pula çevirmək istəmirəm. Qəpik pulların babamın babasından qalma tarixi köhnə küpə qoyub torpağa basdırmağı düşünürəm.
Amma hələ bir qədər pul yığmağı düşünürəm. Qəpikləri sayərkən çox çaşdım. Sonra kağız qələm alıb yazmağa başladım”.
Yeganə OQTAYQIZI