Son zamanlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin Almaniyada dinləmələr həyata keçirdiyi haqqındakı iddialar dünya mətbuatının gündəmindən düşmür.
Modern.az saytıının məlumatına görə Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri belə bir iddia irəli sürüb ki, Amerikanın xüsusi xidmət orqanları onların əməkdaşlarının fəaliyyətini də izləyib.
Qəzetin məlumatına görə 2011-ci ildə Almaniya kanslerinin xüsusi xidmət orqanları ilə fəaliyyətini koordinasiya edən Günter Xaysa Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi bildirib ki, adıçəkilən media orqanı hakimiyyətlə sıx təmasdadır.
“Der Spiegel” məsələ ilə bağlı ölkənin Baş Prokurorluğundan araşdırma aparmağı tələb edib.
Aqşin Kərimov