Modern.az

İki pensiyaçı kommunal xidmətə görə intihar etdi

İki pensiyaçı kommunal xidmətə görə intihar etdi

Təhsil

4 İyul 2015, 22:26


Ukraynanın Xarkov vilayətində iki pensiyaçı özünü öldürüb. Modern.az Ukrayna KİV-nə istinadın bildirir ki, bu haqda özünün Facebook səhifəsində “Müharibə əleyhinə” hərəkatın lideri Viktoriya Şilova yazıb.

Onun sözlərinə görə, Sergey  Roqanin və Vladimir Maryuşenko kommunal xidmət ödəməklə bağlı qəbzləri alan kimi özlərini asıblar: “Vladimir Maryuşenko dünən gecə Valki şəhərində intihar edib. Ukraynada həyat, bu gün bax belədir. Oliqarx feodalizmi dövrüdür”. O deyib ki, Roqanin həyatına bir həftə əvvəl qəsd edib: “O, həyatdan getməzdən əvvəl qışqırıb: “Eşq olsun Ukraynaya!”

Mayın 1-dən Ukraynada sudan istifadə haqqı artırılıb. Mart ayında isə əhali üçün qazın qiyməti 285 faiz bahalaşıb. Minimal əmək haqqı isə milli valyutanın dəyərsizləşməsi nəticəsində 43 dollara (1218 qrivna) düşüb. Bu göstəriciyə görə Ukrayna Banqladeş, Qana və Zambiyadan (46,6 dollar) geridə qalır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...