Statistikaya görə, 2015-ci ildə “ölümcül selfi” dünyada 50 insanın həlak olması ilə nəticələnib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu riskə görə xəsarət alanların sayı isə hələ ki müəyyənləşdirilməyib, bununla belə, belələrinin sayının çox olduğuna şübhə yoxdur.
Rusiyada bir neçə belə fakt qeydə alınıb. İyulun 3-də gecə Rusiya Turizm və Servis Dövlət Universitetinin məzunu, 21 yaşlı qız dostlarının fonunda Moskva-Siti ticarət mərkəzində 15 metr hündürlükdə selfi çəkərkən yıxılaraq ölüb.Fərqli və daha gözəl foto çəkdirmək həvəsi rumıniyalı Anna Ursanın da həyatı bahasına baş gəlib.
O, qatarın vaqonlarından birinin üstündə selfi çəkərkən 27 min voltluq gərginlik keçən xəttə toxunub. Braziliyada 7 nəfərlik ailənin 5 üzvü dəmir yolu xəttinin üstündə selfi çəkdirərkən yaxınlaşmaqda olan qatarın altında qalmaqda son anda, möcüzə nəticəsində qurtara bilib.
Üç ay əvvəl ABŞ-ın Kolorado ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğramasının səbəbi açıqlanıb. Ekspertlər müəyyənləşdiriblər ki, iki yerlik “Sessna” pilot uçuş zaman selfi çəkmək istəyərkən yerə çırpılıb.
Modern.az