Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
tarixçi-araşdırmaçı
Tariximiz milli sərvətimizdir. Bəzən tariximizdə izaholunmaz və sirli hadisələrə tez-tez rast gəlirik. Vaxt keçdikcə bəzi sirlərin üstü açılır. Lakin elə hadisələr də var ki, uzun illərdi izah oluna bilmir.
Hər daşının altında sirli-sehirli bir tarix yatır bizim dağların. Hər dağı bir möcüzədir bu yerlərin. Hər möcüzəsi çoxşaxəli və çoxsaylı mənzərələr canlandırır bu yurdun.
Hər bir xalqın, onun tarixını yazmaq və zaman-zaman yaşanmış olayları işıqlandırmaq üçün öz ziyalıları olub. Mən də bir vaxtlar apardığım tədqiqatlarlardan sonra, açıqca söyləyə bilərəm ki, xalqımın sabahı üçün tarixinin bir sıra səhifələrini açmağa nail olmuşam. Belə ki, mənim “İlahı varlıq” yazımdan sonra aparılan işlər nəticəsində dağın içində qədim saray və beləliklə, tariximizin bu günə qədər gizli qalmış üç sirri aşkarlandı. Araşdırmalar bu gün də davam etməkdədir.
Onu da qeyd edim ki, qələmə aldığım araşdırma və müşahidələrimin əksəriyyəti müxtəif vaxtlarda Modern.az saytında dərc edilib.
Sirlərini bizdən gizlətmiş dağların daşlaşmış yaddaşı, müqəddəslərin - tanrıların işarətləri, erməni qadınlarının azərbaycanlı uşaqlara qarşı 45 il sürən terror hadisələri və s haqda gedən yazılarım xüsusi diqqət çəkib. Bu yazıların 200-ə yaxını internet portallarında, qəzetlərdə dərc edilərək geniş oxucu auditoriyasının marağına səbəb olub. Hətta oxucuların bir neçəsi bu yazılardan sonra mənimlə görüşub də. Onlar biləndə ki, 1975-ci ildə Tamara adlı erməni tibb bacısı doğum evində yeni dünyaya gəlmiş azərbaycanlı oğlan uşağını öldürməyə cəhd edərkən onu elə iş başındaca yaxalamış həkimə az qala “vətən xaini” damğacı vurmaq istəyiblər, heyrətə gəldilər.
ASALA, “Daşnaksütyun” partiyası, erməni xüsusi xidmət orqanları zaman-zaman xalqımıza qarşı amansız terror əməliyyatları, dəhşətli qətliamlar törədib. Bu işdə isə Balayanlar, Sərkisyanlar və s kimi canilər Qarabağda, Xocalıda əliyalın Azərbaycan türklərinə qarşı amansız əməliyyatların birbaşa təşkilatçısı olublar.
Bunu sadəcə, bəhs olunan misallardan biri kimi çəkdim. Müxtəlif vaxtlarda qələmə aldığım yazılar toplusundan ibarət olan yeni kitabımda ermənilər və onların yaratdığı partiya, təşkilat və qrupların nəinki Azərbaycan türklərinə, eləcə də Azərbaycana gəlmiş almanlara qarşı apardığı amansız siyasət və terror əməliyyatları (bu haqda yazı Türkiyə, Almaniya, İraq və s. ölkələrin mətbuatında dərc olunaraq yayılıb) yer alıb.
Eyni zamanda, polis orqanlarında işlədiyim dövrdə qeyd etdiyim 300-ə yaxın məsələdən biri olan “Əfqanıstanda, Suriyada, İraqda yaşayan azərbaycanlıların acı taleyi” də bu kitaba daxil edilib.
Çingiz xanın, Əmir Teymurun gizli arxivləri, yadellilərin ölkəmizi işğal etməsi, onların xalqımıza qarşı apardığı amansız qətllər və bu haqda bilmədiklərimiz, Qarabağ uğrunda gedən döyüşlərdə şücaət göstərmiş oğullarımız haqqında, Roma papasına yazılan məktub, Küveytli qonaqların ölkəmiz, onun füsunkar təbiəti və dəyərli insanları haqqında dedikləri, Atilla varisləri yurdunun açılmayan bir çox sirləri kimi məsələlər bu kitabın əsas mövzularındandır.
Kitabda həmçnin dilsiz bildiyimiz, əslində öz dili olan ağacların dərdləşməsindən, sirrini iç qatlarında qoruyan ulu və əzəmətli dağların, hər daşı bir tarix olan yerlərimizin, o cümlədən suyu ölünü dirildən yamacların, gül-çiçəyi cana şəfa verən düzənlərin insanı sehrləməsindən söz açılır və bütün bunlar bizi birbaşa və ya dolayısıyla təbiətlə təmasda daha ehtiyatlı, rəhmli, qayğıkeş olmağa çağırır.
Məlum olduğu kimi qədim Hun şəhəri haqda çox eşitmişik. Yüz hektarlarla ərazisi olan şəhəri öz ərazimizdə aşkar etdim. Bunun Atilla ilə bağlılığı olduğu barədə bu yaxınlarda araşdırmaya başlanacaq. V əsr Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri Hun tayfalarından hesab edilirlər. “Kitabi-Dədə Qorqud”da albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur. Sah İsmayıl Xətai İmadəddin Nəsiminin abdal oldugunu bildirib. Hətta bir neçə şeirində özünün də abdal olduğuna işarə edi:
Xətaiyəm, bir halam Əlif üstündə dalam,
Sufiyəm təriqətdə, həqiqətdə abdalam”.