Modern.az

Azərbaycanlı nazir və deputatlar rusiyalı həmkarlarına uduzdular

Azərbaycanlı nazir və deputatlar rusiyalı həmkarlarına uduzdular

5 İyul 2015, 13:35

Azərbaycanın deputat və nazirləri rusiyalı deputat və nazirlərlə futbol oynayıblar.

Modern.az saytınının məlumatına görə, iyulun 4-də axşam saatlarında Bakıdakı “Dalğa Plaza” arenasınfa baş tutan oyunda Azərbaycan məmurları və deputatlardan ibarət komanda rusiyalı həmkarları ilə yoldaşlıq oyununda uduzublar – 2:6.

Azərbaycan komandasında Baş nazirin müavini Yaqub Eyyubov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandanın keçmiş baş məşqçisi Şahin Diniyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov, millət vəkilləri Fazil Mustafa, Adil Əliyev və digər rəsmi şəxslər çıxış ediblər.





Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama