Modern.az

Müsavatda komissiyalar yaradıldı, sədrləri seçildi

Müsavatda komissiyalar yaradıldı, sədrləri seçildi

Təhsil

5 İyul 2015, 13:54

İyulun 4-də Müsavat Partiyasının Məclisinin növbəti sessiyası keçirilib. Modern.az-ın məlumatına görə, sessiyada Məclisin komissiyaları formalaşdırılıb və onlara sədrlər seçilib.
Məclisdə keçirilən səsvermə nəticəsində Yerli Özünüidarəetmə Komissiyasına Elnur Babayev, Təhsil Komissiyasına Dilşad Nağıyeva, Analitik Mərkəzə Mustafa Hacıbəyli , Hüquq Siyasəti Kommisiyasına Nemət Kərimli, İqtisadiyyat və Siyasət Komissiyasına Misir Məhəmmədoğlu, İnsan Haqları Komissiyasına Elman Fəttah, Qarabağ Komissiyasına Şakir Abbasov, Gender Məsələləri üzrə Komissiyaya isə Könül Əliyeva sədr seçilib.

Bundan əlavə, sessiyada bu il keçiriləcək parlament seçkiləri ilə bağlı Seçki Platforması Qrupu təsis edilib. Qrupa rəhbərlik Müsavat Partiyası başqanının müavini Elman Fəttaha həvalə olunub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...