Modern.az

Almanların istidən nəfəsləri kəsilir: 12 nəfər suda boğulub

Almanların istidən nəfəsləri kəsilir: 12 nəfər suda boğulub

Təhsil

6 İyul 2015, 09:48


Ötən bazar günü Almaniyada qeyri-adi isti qeydə alınıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, havanın hərarəti 40 dərəcəyə çatıb. İstidən qorunmaq istəyən əhali isə hovuz və göllərin kənarına axışıblar. Ancaq bu istidən yayınmaq istəyənlərin hamısı üçün xoş sonluqla bitməyib. 

Məlumatda qeyd edilir ki, ən azı 12 nəfər suda üzləşdiyi bədbəxt hadisə nəticəsində ölüb, 5 nəfər itkin düşmüş sayılır. Ölənlər arasında uşaqlar və yeniyetmələr də var. Məsələn, 4 yaşlı uşaq Bavariyada, 6 yaşlı qız isə Kölndə suda boğulublar.

Bundan əlavə, iki nəfəri tarlada işləyərkən ildırım vurub. Daha 6 nəfəri isti vurub və Trir şəhərində xəstəxanaya yerləşdiriliblər.

Ötən il Almaniyanın su hövzələrində  xüsusilə çaylar və göllərdə 392 nəfər ölüb.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...