Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) respublika üzrə keçirdiyi buraxılış imtahanlarında 11-ci sinif şagirdləri arasında ən aşağı nəticə göstərən 5 rayonu təqdim etmişdik. Modern.az saytı buraxılış imtahanlarında məzunları müsbət nəticə göstərən 5 şəhər və rayonun adını da təqdim edir.
İlk sırada Naftalan şəhəri gəlir. Belə ki, Naftalan şəhərində məzunların 92 faizi bütün fənlər üzrə müsbət qiymət alıb.
İkinci sırada Naxçıvan şəhəri qərarlaşıb, burada təhsil alan 11-ci sinif şagirdlərinin 88 faizi və üçüncü sırada olan Qax rayonunda məzunların 87 faizi bütün fənlərdən müsbət qiymət alıb.
Qubadlı rayonu məzunlarının 86 faizi müsbət qiymət alaraq dörüdüncü olub.
Beşinci sırada isə Bakı şəhəri gəlir. Paytaxtın 11-ci sinif şagirdlərinin 85 faizi bütün fənlərdən “5” alıb.
Aytən ZƏHRA