Bu gün Türkiyənin baş nazirinin müavini Bülənt Arınc bu vəzifədə sonuncu dəfə prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Modern.az saytının məlumatına görə bu barədə TRT haber məlumat yayıb. Bununla da onun siyasətdən gedəcəyi gözlənilir.67 yaşlı Bülənt Arınc Türkiyə siyasi elitasının mühüm fiqurlarından biri hesab olunur. O, hökumətin Fətullah Gülən şəbəkəsinə qarşı apardığı bəzi əməliyyatların qeyri-qanuni olduğunu da zaman-zaman vurğulayıb.
Modern.az