Modern.az

Azərbaycanda məktəbli geyimlərinin qiymətləri bahalaşdırılır

Azərbaycanda məktəbli geyimlərinin qiymətləri bahalaşdırılır

Təhsil

6 İyul 2015, 12:24


“Bakı Tikiş Evi”nin orta məktəb şagirdləri üçün satdığı geyimlərin qiymətlərinin bahalaşdırılması nəzərdə tutulur.

"Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimovun Trend-ə verdiyi məlumata görə, geyimlərin satış qiymətinin nə qədər bahalaşdırılacağı ilə bağlı qərar yaxın günlər ərzində açıqlanacaq: “Hələlik qiymətlərin nə qədər olacağı dəqiqləşdirilməyib. Hazırda bu məsələ araşdırılır”.  

BTE-dən bildirilib ki, qiymətlərin bahalaşdırılmasının əsas səbəbi isə materialların Türkiyədən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsidir.  

“BTE məktəbli dünyası” Filialından isə Trend-ə bildirilib ki, Azərbaycanda dolların manata nisbətdə məzənnəsinin dəyişməsi prosesi başlayandan sonra geyimlərin qiymətlərində artıq artım müşahidə edilib.  

Hazırda I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagırdləri isə 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagırdləri isə 52 manat olub.  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...