Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

6 İyul 2015, 13:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  sabah-iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində güclənəcək.
Bakıda havanın temperaturunun gecə 20-25, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

İyulun 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...