Modern.az

Səhiyyə Nazirliyi hərbi zavoddakı partlayışla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi hərbi zavoddakı partlayışla bağlı məlumat yayıb

Təhsil

6 İyul 2015, 15:54

Səhiyyə Nazirliyi Şirvanda MSN-in Telemexanika Zavodunda baş verən partlayışla bağlı məlumat yayıb. Modern.az saytı xəbər verir ki, rəsmi məlumata görə, iyulun 6-da Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub.

“19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. Daxil olmuş 19 nəfərdən 13-ə ambulator yardım göstərilərək evlərinə buraxıllb. Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır”-deyə nazirlik bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...