Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində görmə qabiliyyəti itirilmiş və zəif olan uşaqlar üçün Dil kurslarının təşkili və İnformasiya Mərkəzi yaradılıb.
Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə və texniki dəstəyi ilə Gənc Ana və Uşaqların Maarifləndirmə İctimai Birliyi tərəfindən bu günlərdə Görmə qabiliyyəti itirilmiş və zəif olan uşaqlar üçün Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində Dil kurslarının təşkili və İnformasiya yaradılıb.Modern.az-ın məlumatına görə, layihə eyni adlı layihə çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində bu mərkəzdə Şəmkir rayonu ərazisində yaşayan görmə qabiliyyəti itirilmiş və zəif olan uşaqlar və gənclər üçün təşkil olunmuş müxtəlif treyninqlərdə psixoloji, informasiya, kompyuter bilgiləri verilir.
Layihə çərçivəsində Mərkəzin əməkdaşları, bu uşaqların valideynləri üçün də maarifləndirici və bilgiləndirici treyninqlər keçirilmişdir. Mərkəz görmə qabiliyyəti itirilmiş və zəif olan uşaqlar və gənclərin istifadə etmələri üçün xüsüsi JAWS proqramı yüklənmiş kompyuter, xüsusi qulaqcıqlar və digər vacib avadanlıqlarla təmin edilib.
Layihəni icra edən işçi heyyəti və respublikanın bu sahədə tanınmış ekspertləri tərəfindən maarifləndirici bukletlər, lifletlər, broşur və paylama materialları hazırlanmış və Mərkəzə təqdim edilib.
Treninqlər zamanı da bu materiallardan istifadə edilib. Layihənən əsas məqsədi ölkəmizin harasında yaşamasından asılı olmayaraq görmə əngəlli uşaqların və gənclərin cəmiyyətə tam və səmərəli inteqrasiyasına nail olmaqdır. Layihə bu ilin aprel ayından çox uğurla başlamış bu layihə avqust ayında yekunlaşacaqdır.
Layihədə bir neçə il bundan öncə görmə əngəlli uşaqların və gənclər üçün F. Köçərli adına Respublika Uşaq Kitabxanasında yaradılmış Mərkəzin təcrübəsindən də istifadə edilmişdir. Layihə haqqında rayon ictimaiyyətinə müvafiq və aidiyyatı dövlət qurumlarına məlumat verilib.
Modern.az