İngiltərənin paytaxtı Londonda parlament binasının yaxınından kürəyində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının bayrağı ilə gəzən şəxs mübahisə yaradıb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan şəxs heç bir qanuna zidd hərəkət etmədiyi üçün buraxılıb. Həmin şəxsin tutulmaması ictimai mediada minlərlə adamın reaksiyasına səbəb olub. Sosial mediada tez-tez paylaşılan fotoşəkildə kürəyindəki kiçik qızla birlikdə gedən şəxs tracker qrupunun yanından keçərkən görülür.