Modern.az

Azərbaycandan Ermənistana mal ixrac edilməsi ilə bağlı xəbərlərə rəsmi REAKSİYA

Azərbaycandan Ermənistana mal ixrac edilməsi ilə bağlı xəbərlərə rəsmi REAKSİYA

Təhsil

6 İyul 2015, 20:05


Dövlət Gömrük Komitəsi son günlər bəzi yerli kütləvi informasiya vasitələrində Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair yayılan məlumatlara münasibət bildirib.

Məlumatlarda göstərilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...