Rusiyanın məşhur milyarderlərindən biri olan, “Alisa” birjasının təsisçisi German Sterliqov bəzi əmlaklarını satışa çıxararaq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində köçüb.
Modern.az vesti.ru saytına istinadən xəbər verir ki, yayılan məlumatda German Sterliqovun ailəsi ilə birlikdə 4 iyulda Dağlıq Qarabağa köç etdiyi bildirilir. Milyarderin köməkçisi Polina Sirota bildirib ki, German Sterliqovun Dağlıq Qarabağa getməsinin ciddi səbəbləri var:“O, Dağlıq Qarabağa gedib, Amma nə vaxt geri qayıdacağı bəlli deyil. Ancaq mütləq qayıdacaq. Çox ciddi səbəblər onu Dağlıq Qarabağa getməyə vadar etdi. Bu quldurlar yox, daha yüksək səviyyəli səbəblərdir”.
Məlumatlara görə 48 yaşlı German Sterliqov Qarabağda artıq ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaratmağa başlayıb.
Modern.az