Modern.az

“Bosniya gözəli” qətldə ittiham olunur - VİDEO

“Bosniya gözəli” qətldə ittiham olunur - VİDEO

Təhsil

6 İyul 2015, 21:48


“Playboy” jurnalı üçün çəkilən və “Son qəhrəman” realiti-şousunu serb analoqunda iştirak edən Xorvatiyanın tanınmış modeli Slobodonka Toşiçə beş qətldə, sui-qəsdə cəhddə və çoxsaylı souğunçuluqda ittiham irəli sürülüb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, “Kukla” əməliyyatı zamanı Xorvatiyada həbs edilib.

Toşiç və qruplaşmanın daha 32 üzvünə ittiham irəli sürmək mümkün olub. Model bir il əvvəl araşdırma başlananda qaçdığı Bosniya və Hersoqovinaya ekstradasiya olunub.

Polisdən verilən məlumata görə, Toşiç artıq cəza çəkən sevgilisinin rəhbərlik etdiyi cinayətkar qruplaşmaya daxil olub.

Onların soyğunçuluq yolu ilə əldə etdikləri pulun məbləği 7 milyon dollar olub. Model hətta daha bir keçmiş sevgilisini öldürməyə cəhddə də ittiham olunur.




Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...