Modern.az

Yerevan polisi yürüş keçirməyə icazə vermədi

Yerevan polisi yürüş keçirməyə icazə vermədi

Təhsil

6 İyul 2015, 22:22


Ermənistan polisi elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edərək bu gün axşam saatlarında Yerevandakı “Azadlıq” meydanına yığışanlara yürüş kemirməyi qadağan edib.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Yerevanın polis rəisinin müavini Valeriy Osipyan jurnalistlərə deyib ki, etirazçıları qanunsuz fəaliyyət və provakasiyadan çəkinməyə çağırıb.

Onun sözlərinə görə, polis yığıncaq və yürüşün əleyhinə deyil, ancaq bunun üçün razılıq alınmalıdır. Valeriy Osipyan əlavə edib ki, nümayişçilər yalnız meriyadan yox, “Azadlıq” meydanı mədəni-tarixi yer olduğundan həm də Mədəniyyət Nazirliyindən icazə almalıdırlar.

Meydana bir neçə yüz etirazçının toplaşdığı bildirilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...