Modern.az

Merkel və Ollanddan Yunanıstanla bağlı MESAJLAR

Merkel və Ollanddan Yunanıstanla bağlı MESAJLAR

Təhsil

6 İyul 2015, 23:18


Yunanıstanda keçirilən referendumda əhalinin beynəlxalq kreditorlarlara “yox” deməsindən sonra Fransa prezidenti Fransua Ollandla Almaniya kansleri Angela Merkel Yelisey sarayında görüşüblər.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən sonra liderlər keçirdikləri  mətbuat konfransında Yunanıstanla bağlı məsələyə aydınlıq gətiriblər.  

Merkel bildirib ki, Yunanıstandan konkret təkliflər gözləyirlər. Olland isə bəyan edib ki, hazırda Yunanıstana görə Avropa fövqəladə bir vəziyyətdədir. O həmçinin vurğulayıb ki, Yunanıstan üçün danışıqlar qapısı açıqdır.

Qeyd edək ki, iyulun 5-də Yunanıstanda keçirilən referendumda beynəlxalq kreditorların təkliflərinə 61 faizdən yuxarı seçici “yox”deyib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...