“Turizmə Dəstək Gənclər Assosasiyası” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Biznesin inkişaf etdirilməsində gənclərə dəstək” adlı layihə çərçivəsində ilk tədbiri keçirib.
Modern.az xəbər verir ki, iyulun 5-7-də İmişli rayonunda baş tutan tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, turizm obyektlerinin nümayəndələri, gənc fermerlər, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər.Tədbirdə çıxış edən “Turizmə Dəstək Gənclər Assosasiyası” İctimai Birliyinin sədri Tural Nəsirov ilk Avropa Oyunları ərəfəsində təbliğat və təşviqat üçün layihələrin icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb. Sədr müavini eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında geniş məlumat verib.
Müzakirə olunan əsas mövzular regionlarda yaşayan gənc sahibkarlar, gənc fermerlərə sahibkarlıq fəaliyyəti və kənd təsərüfatı fəaliyyəti ilə bağlı qanunvericilik məsələləri olub.
Sonda iştirakçılara təşkilatın sertifikatları təqdim olunub.
Modern.az