Modern.az

Azərbaycanda əhali banklardan 116 milyon manat əmanətini geri götürdü

Azərbaycanda əhali banklardan 116 milyon manat əmanətini geri götürdü

7 İyul 2015, 13:58


Banklardan əmanətlərin kütləvi çıxarılması sürətlənib. Modern.az saytı xəbər verir ki, bu barədə iqtisadçı ekspert Əkrəm Həsənov bildirib.

O, Mərkəzi Bankın onsuz da həmişə gec açıqladığı statistik məlumatların dərcini bu dəfə xeyli gecikdirməsinə diqqət çəkib: “Bu gün Mərkəzi Bank nəhayət ki, məlumatları açıqladı. Mənim gec açıqlanan məlumatlara etimadım azdır, amma hətta bu məlumatlar da göstərir ki, vəziyyət ürəkaçan deyil.
Mərkəzi Bankın rəsmi məlumatına (//www.cbar.az/infoblocks/bank_nation) görə, əhali may ayı ərzində banklardan külli məbləğdə - 116 milyon manatdan artıq əmanət çıxarıb”.

Ə.Həsənov xatırladıb ki, banklardan mart ayı ərzində 151, aprel ayı ərzində isə 64 milyon manatdan çox əmanət çıxarılıb: “Proses hələ də davam edəcək. Çünki Mərkəzi Bank adekvat və lazımi tədbirləri görmür”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama