Rostovdakı qocalar evində təsirli romantin tarixi hadisə baş verib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 55 il ayrılıqdan sonra təsadüfən görünən 79 yaşlı pensiyaçılar evləniblər.
Cütlük ilk dəfə 17 yaşları olanda görüşüblər. O zaman gənc qız tikintidə işləyib, oğlan isə sürücü olub. Gənclər dostlaşıblar, sonradan sevişiblər. Bu zaman gənc oğlanı orduya çağırıblar, qız isə onu gözləməyərək ərə gedib.
Ancaq indi yaşı 79 haqlayan xanım deyib ki, öz qərarından ömrü boyu peşman olub.
“Boris haqda heç nə bilmirdim. Necədir, kiminlədir və haradadır. Ancaq ömrü boyu ilk sevgimi xatırlamışam”, - qadın deyib.
Pensiyaçı qadın yaxınlarda dul qalıb və qocalar üçün internat evə yerləşməyi qərara alıb. Burada təsadüfən ilk məhəbbəti ilə rastlaşıb: “Dəhlizdə getdiyim vaxt kimsə mənə tərəf qışqırdı: “Mənim qızım!”. Qəlbim o saat bu səsin mənim Borisimə məxsus olduğunu duydu. Üzdən o saat tanımadım, səsi isə ayrılıq illərində dəyişməyib. Biz axı onunla 55 il bir-birimizi görməmişik? Bax, belə görüş oldu”, - qadın söyləyib.
Kişi ilk sevgilisinə oradaca evlənməyi təklif edib. İndi cütlük Semikarokorski rayonundakı qocalar üçün internat evdə yaşayır.
Buna bənzər hadisə yaxınlarda Kanadada baş verib.
Modern.az