Modern.az

“Nostalji” - Bir vaxtların həsrət qaynağı olan avtomobilləri

“Nostalji” - Bir vaxtların  həsrət qaynağı olan avtomobilləri

8 İyul 2015, 01:38

İnsan nə qədər praqmatik olsa da, nə qədər romantikadan qaçıb rasionallığa, həyatı sırf real, sağlam məntiqlə idarə etməyə çalışsa da  şüurunun alt qatında hər zaman onu izləyən bir nostalgiyası var. Bu gün bəlkə də çoxları sovet dövründə çəkilən filmlərə, yazılan əsərlərə, çəkilən rəsmlərə, bəslənən musiqilərə s;rf o prizmadan yenidən nəzər salır. Modern.az saytının “Nostalji” rubrikasında kiçik bir əşya, ya da böyük bir kurort şəhəri yazının əsas mövzusu olacaq. Əsas şərt həmin obyektin yaratdığı nostalgiyadır.
İlk toxunduğumuz və nostalgiya yaradan obyektlər isə sovet dövrünün məşhur maşınlarıdır… 


Vaxtilə yollarda hər gün şütüyən QAZ-24 “Volqa” avtomobili indi nadir hallarda gözə dəyir. Cavanlardan fərqli olaraq, yaşlı və orta nəsil bu avtomobili çox yaxşı xatırlayar.
1920-ci ildə qurulan Qorki Avtomobil Zavodunun (QAZ) 24-cü buraxılışı olan “Volqa” modeli sovet quruluşunu görmüş insanlar üçün xoş bir xatirədir. 1967-85-ci illər arasında istehsal olunmuş bu avtomobillər bütün keçmiş SSRİ məkanında arzuolunan maşın sayılırdı. Bu avtomobil dəbdə olan vaxtlarda hər kəsin arzusu onu almaq, sükanı arxasında əyləşmək idi. Hər kəs xəyalında tutduğu böyük pul məbləğini “Volqa”nı ala bilib-bilməyəcəyi ilə müqayisə edirdi. Bir çox filmlərimizdə QAZ-24 “Volqa” modeli baş qəhrəmanların sevimli yol yoldaşı da olub.
İndi hər dəfə “QAZ-24”ü görən yaşlı və orta nəsildə nostalji hisslər yaranır və istər-istəməz “bunun da bir vaxtı var idi” deyib, keçən günləri xatırlayırlar...

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI