Modern.az

İŞİD döyüşçülərini iftarda zəhərlədilər: 45 yaraqlı öldü, 100-ü xəstəxanaya düşdü

İŞİD döyüşçülərini iftarda zəhərlədilər: 45 yaraqlı öldü, 100-ü xəstəxanaya düşdü

Təhsil

8 İyul 2015, 14:18

Mosulda İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının 45 yaraqlısının yeməyinə zəhər qatılaraq öldürüldüyü bildirilir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İRNA agentliyinin Ərbildəki müxbirinə açıqlama verən yerli qaynaqlar yeməkdən zəhərlənən 100-ə qədər döyüşçünü də xəstəxanaya yerləşdirildiyini söyləyib.

Xəbərə görə, Mosulun Vadi Hicr məhəlləsində verilən bir kütləvi iftarda İŞİD yaraqlılarının yeməklərinə zəhər qatıldığını iddia edən qaynaqlar, xalqın etdiyi qırğınlardan ötəri İŞİD-dən bu şəkildə intiqam almaq istədiyini vurğulayıb.

Zəhərləndikdən sonra xəstəxanaya qaldırılan bəzi İŞİD yaraqlılarının vəziyyətinin ağır olduğunu söyləyən qaynaqların sözlərinə görə, Mosulda İŞİD-ə qarşı müqavimət komitələri yaradılıb və bunlar müxtəlif üsullarla terrorçularla mübarizə aparırlar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...