Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Böyük Britaniyanın Beynəlxalq Əlaqələr Kral İnstitutunda (Chatham House) çıxış edib. Modern.az-ın verdiyi xəbərə görə, Saakyan deyib ki, belə görüşlər Qarabağ üçün “xeyirlidir”. O, işğal altındakı torpaqlarda separatçı rejimin “dövlət quruculuğu”ndan, “xarici və daxili siyasəti”ndən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və regional proseslərdən danışıb.
Separatçı rejimin rəhbəri qeyd edib ki, Chatham House-ın çağırışı Qarabağ üçün də yaxındır. Görüşdə xarici diplomatların, alimlərin və analitiklərin iştirak etdiyi bildirilir.
Modern.az