Modern.az

İcra başçısı ermənilərin əməllərindən ATƏT nümayəndələrinə şikayət edib

İcra başçısı ermənilərin əməllərindən ATƏT nümayəndələrinə şikayət edib

Təhsil

8 İyul 2015, 15:34

“İyulun 8-də ATƏT- in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların Xocavənd rayonu ərazisindən keçən təmas xəttində monitorinqin keçirilməsi nəzərdə tutlmuşdu. Bu məqsədlə bölgəyə gələn ATƏT- in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Sverberqerin Xocavənd Rayon İcra Hakimiyyətində icra başçısı Eyvaz Hüseynovla görüşü olub”.

Bu barədə Modern.az-a Xocavənd Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, icra başçısı qonaqları tezliklə Qarabağda, öz doğma yurdlarımızda salamlayacağına ümid etdiyini bildirib. Bunun üçün isə ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, işğal altındakı Azərbaycan torpaqlarının tezliklə azad edilməsinin və öz vətənində məcburi köçkünə çevirilmiş bir milyon insanın pozulmuş hüquqlarının bərpa olunmasının vacibliyini vurğulayıb.
E.Hüseynov bütün bunların baş tutması, regiona əbədi sülhün gəlməsi üçün isə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməli olduğunu bildirib.

Monitorinq qrupunun rəhbəri E. Şarov əmin edib ki, o, bütün bunları səfirin diqqətinə catdıracaq. Münaqişənin tez bir zamanda sülh yolu ilə ədalətli həll olunacağına ümid etdiyini qeyd edən qrupun rəhbəri bunun üçün mümkün səylərin birləşdirilməsi və artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra bölgədəki vəziyyətlə bağlı monitorinq iştirakçılarına ətraflı məlumat verən icra başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda  daha intensiv xarakter daşıdığını bildirib.  Hərbçilərlə yanaşı, təmas xətinə yaxın ərazilərdə yaşayan, burada təsərrüfat işləri ilə ilə məşğul olan mülkü şəxslər, onlara məxsus avtomobillər, mal- qara və atların Ermənistan ordusu tərəfindən hədəf seçildiyi bildirilib. Təmas xətinə yaxın ərazilərdə yerləşən taxıl sahələrinin məqsədli şəkildə atəşə tutlması nəticəsində baş verən geniş yanğınlar nəticəsində insanların böyük maddi itkilərlə üzləşdikləri qrup üzvlərinin nəzərinə çatdırılıb.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 8-də Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...