Modern.az

Azay Quliyev ATƏT PA-da yenidən vəzifə aldı

Azay Quliyev ATƏT PA-da yenidən vəzifə aldı

Təhsil

8 İyul 2015, 15:40


Bu gün Helsinkidə, ATƏT Parlament Assambleyasının 24-cü yay sessiyası çərçivəsində, qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin (1-ci komitə) iclasında rəhbər vəzifələrə seçkilər keçirilib.

Milli Məclisdən Trend-ə bildiriblər ki, azərbaycanlı millət vəkili Azay Quliyev 3-cü dəfə Komitə sədrinin müavini və Assambleyanın Büro üzvü vəzifəsinə seçilib.

Eyni zamanda, Amerikalı senator Roger Viker təkrar olaraq Komitənin sədri, İsveçli Marqarita Kaderfelt isə ilk dəfə olaraq Komitənin məruzəçisi vəzifəsinə seçilib.

Xatırladaq ki, Azay Quliyev 2013-cü ildə ATƏT PA-nın İstanbulda keçirilən illik sessiyasından etibarən bu vəzifəni tutur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...