Modern.az

"Bako Saakyanın iştirak etdiyi tədbirə dəvət olunmamışam" - Erkin Qədirli

"Bako Saakyanın iştirak etdiyi tədbirə dəvət olunmamışam" - Erkin Qədirli

Təhsil

8 İyul 2015, 16:14


“Chatham House”dan bu dəfə mənə tədbirlə bağlı bildiriş gəlməyib.

Bunu Modern.az saytına REAL hərəkatının üzvü,  hüquqşünas Erkin Qədirli deyib. O bildirib ki, tədbirin keçirilməsi haqda xəbərləri mətbuatdan oxuyub:

“Tədbirə niyə dəvət olunmadığımı deyə bilmərəm. Tədbiri keçirənlər özləri dəvət göndərirlər. Xüsusi mail qrup var, mən də o qrupun içindəyəm. “Chatham House”dan hər dəfə yeni nəşrlər, bütün müzakirələr, dəvət olunan qonaqlar haqda öncədən mənə məlumat gəlir. Hətta iştirak etmədiyim tədbirlərin belə sonradan xülasəsini də göndərirlər.

Bu gün mətbuatdan öyrəndim ki, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan tədbirə dəvət olunub. Amma mənə

“Chatham House”dan belə bir bildiriş gəlməmişdi. Dünyada elə bir böyük problem yoxdur ki, orda müzakirə olunsun. Amma mənə göndərilməsin. Ona görə də bu mənə təəccüblü gəldi. Bunun səbəbini bilmirəm. Bəlkə də qapalı olduğuna görədir. Ancaq xüsusi dəvət olunan iştirakçılar olub. Bu mümkündür. “Chatham House”da belə şeylər olur. Məsələn, hansısa bir mövzu müzakirəyə çıxarıb buna uyğun xüsusi qonaqlar və iştirakçılar dəvət edirlər. Yəqin ki, bu dəfə də format belə olub”.

Qeyd edək ki, Erkin Qədirli 2013-cü ili prezident seçkiləri ərəfəsində “Chatham House”ın tədbirində iştirak etmişdi.

Sevinc Yasinqızı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...