“Azadlıq-2015” Seçki Blokunun Sədrlər Şurasının növbəti yığıncağı keçirilib. Modern.az-ın məlumatına görə, iclasda bir sıra məsələlər müzakirə olunub.
“Azadlıq-2015” Seçki Bloku Ramazan bayramı münasibəti ilə bütün siyasi məhbusların azad edilməsi ilə bağlı əfv fərmanının verilməsi üçün ölkə Prezidentinə müraciət edib.
Toplantıda Qarabağ ərtafında cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı ölkənin siyasi rəhbərliyinin və ictimai-siyasi qüvvələrin birgə toplantısının keçirilməsi məqsədəuyğun hesab edilib və bununla bağlı hakimiyyətə müraciət ünvanlanıb. Rusiyanın Ermənistanı müasir hücum silahları ilə silahlandırması Azərbaycanın təhlükəzsizliyi üçün təhdid sayılaraq pislənilib.
Seçki blokunun 2015-ci il parlament seçkiləri ilə bağlı monitorinqi və seçkiqabağı vəziyyətin dəyərləndirilməsinə dair sənədin hazirlanması Mərkəzi Seçki Qəraragahına tapşırılıb.
Seçkilərdə qeydə alınmış partiya kimi iştirtakının təmin edilməsi üçün Azad Demokratlar Partiyasının seçkiyə qədər qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilıb.
Modern.az