Modern.az

Ukrayna fəalları Rusiyanın 500 artistini qara siyahıya saldılar

Ukrayna fəalları Rusiyanın 500 artistini qara siyahıya saldılar

Təhsil

8 İyul 2015, 21:15


Ukraynanın gənclər təşkilatlarının fəalları Mədəniyyət Nazirliyinin binası qarşısında Rusiya incənət xadimlərinin Ukrayna tamaşaçılarının üzrəyinə yolunu bağlamaq tələbi ilə mitinq keçiriblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları bu məqsədlə teatr və kino, estrada ifaçılarının və fikirlərini təhqiramiz hesab etdikləri televiziya aparıcılarının siyahısını hazırlamağı da tələb ediblər.

Artıq mədəniyyət naziri Vyaçeslav Kirilenkoya təqdim edilən siyahıda 568 nəfərin adı var. Fəallar bu siyahıdakıların iştirak etdiyi filmlərin, mahnıların, verilişlərin, şou və digər proqramların yayımının Ukrayna ərazisində qadağan edilməsini də tələb ediblər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...