Modern.az

Ermənilər “Azadlıq” meydanında mitinq keçirmək istəmir

Ermənilər “Azadlıq” meydanında mitinq keçirmək istəmir

Təhsil

8 İyul 2015, 22:21


Ermənistanda elektrik enerjisinin qiymətinin artılımasına etirazları təşkil edən “Soyğunçuluğa yox!” təşəbbüs qrupu iyulun 9-da Yerevandakı “Azadlıq” meydanında mitinq keçirməkdən imtina edib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu hərəkatın koordinasiya qrupunun üzvü Vaqinak Şuşanyan deyib. Bununla belə, o ayrıayrı qrupların həmin meydanda aksiya keçirəcəyini istisna etmir.

Onun sözlərinə görə, “Soyğunçuluğa yox!” təşəbbüs qrupu fəaliyyətini dayandırmayıb, hazırda vilayətlərdə ictimaiyyətlə müzakirələr aparılır. Hərəkat iyulun 14-də Ermənistanın Baş Prokurorluğu qarşısında iyunun 23-də güc tətbiq edən polislərin cəzalandırılması tələbi ilə aksiya keçirməyi planlaşdırır. Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...