Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendre Modiyə yoqa ilə məşğul olacağına söz verib. “Mən daha nə ilə məşğul olmamışam, bu yoqadır. Ancaq o məni cəlb etməyə bilməz. İdman hazırlığımın səviyyəsindən çıxış edərək cəhd göstərəcəyəm”, - Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Putin bildirib.
Rusiya prezidenti Hindistanın baş naziri ilə görüşündə bu bəyanatı verərək, xatırladıb ki, yaxınlarda Rusiyada beynəlxalq yoqa günü qeyd edilib. Putinin sözlərinə görə, həqiqi yoqalara baxanda adama elə gəlir ki, bu səviyyəyə çatmaq mümkün deyil, məhz bu adamı yoqa ilə məşğul olmaqdan çəkindirir. Modern.az