Tanınmış rusiyalı biznesmen Qerman Sterliqov yaxınlarda ailəsi ilə gəldiyi Dağlıq
Qarabağda görəcəyi işlərdən danışıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, milyonçunun sözlərinə görə, o, burada kənd təsərrüfatını inkişaf etdirmək niyyətindədir. Sterliqovun ətrafındakı adamlar isə bildirir ki, biznesmen artıq əldə etmək istədiyi dağlıq ərazilərdəki torpaq sahələrinə baxır.Bundan əlavə, Qerman Sterliqov deyib ki, arvadı Alyona Dağlıq Qarabağda sevdiyi işlə məşğul olmaqda davam edəcək: “Mən hələ ki müəyyənləşdirməmişəm, ancaq arvadım artıq tikir. O, tezliklə burada Alyona Sterliqovanın Böyük Qarabağ Modalar Evini açacaq”.
O, yaxın zamanda bura gəlişinin səbəblərini açıqlayacağını da bildirib. Bu məqsədlə gələn həftənin birinci günü mətbuat konfransı keçirməsi də gözlənilir. Onun jurnalistlərlə görüşü Şuşada baş tutacaq. Sterliqov jurnalistləri həqiqəti öyrənmək üçün Şuşaya dəvət edib.
Modern.az