Modern.az

Qənirə Paşayeva 13 kəndin sakinlərinin sözünü Prezidentə çatdıracaq

Qənirə Paşayeva 13 kəndin sakinlərinin sözünü Prezidentə çatdıracaq

9 İyul 2015, 11:16


Tovuzun Qədirli və Cilovdarlı kəndlərində kənd sakinləri ilə görüşən millət vəkili Qənirə Paşayevadan sakinlər öncə otuz iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi məqsədi ilə vəsait ayıran cənab Prezidentə təşəkkürlərini çatdırmağı xahiş ediblər.

S eçicilərlə yanaşı özünün də təşəkkürünü cənab Prezidentə çatdıracağını deyən Qənirə Paşayeva 13 kəndin 32 mindən artıq sakinini əhatə edən yolun böyük bir hissəsinin yüksək səviyyədə çəkilməsinin artıq başa çatdığını, qalan hissənin təmiri üçün də cənab Prezidentin bir neçə gün əvvəl 4,5 milyon manat ayırdığını deyərək işlərin qısa zamanda başa çatacağını bildirib.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...