Ötən gün gecə saatlarında Tovuz rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Modern.az TTV-yə istinadən bildirir ki, Qazaxdan Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığına məhəl qoymadan yolu keçməyə cəhd edib. Bu zaman "VAZ 21-06" markalı minik maşını ilə toqquşub. Daha sonra idarəetməni itirən "Mercedes" markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Hadisə şahidlərinin dediyinə görə, qəza baş verən vaxt avtomobildə 5 nəfər olub. Tovuz rayon Mərkəzi Xəstəxanasına isə iki nəfər yaralı aparılıb. Onlar Əlimərdanlı kənd sakinləri 25 yaşlı Elvin Nəsirov və 22 yaşlı İlqar Məmmədovdur. Digər üç nəfər yaralının isə kimliyi dəqiqləşdirlir. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.