Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov iyulun 8-də seçildiyi Quba rayonunda seçiciləri ilə görüşüb, bir sıra maraqlı tədbirlərdə iştirak edib. Modern.az xəbər verir ki, deputat Qubadan və qonşu Xaçmaz rayonundan olan 24 vətəndaşı təkbətək qəbul edib. Məlumatda qeyd edilir ki, seçicilərin qaldırdıqları hər bir məsələ diqqətlə araşdırılıb, bəziləri barəsində yerindəcə qərarlar qəbul edilib, bir neçəsi isə araşdırılıb tədbir görülməsi üçün nəzarətə götürülüb.
Rustov inzibati ərazi vahidliyində olan Vahid Əhmədov yaxın günlərdə prezident sərəncamına uyğun olaraq Rustovdan üç istiqamətdə dağ kəndlərinə gedən yolların tikintisinin təşkili ilə tanış olub. Üç gün öncə bu yolların tikintisi üçün əlavə olaraq ayrılan 8 milyon manat vəsaitə görə əhali cənab prezidentə öz minnətdarlığını bildirib, aparılan işlərin payız fəslinə qədər yekunlaşdırılmasını xahiş edilər.
Deputat sonradan Ramazan ayı münasibəti ilə ənənəsinə uyğun olaraq rayonun bir neçə məscidinin dini rəhbərləri ilə görüşüb, yaxın günlərdə özünün maliyyə vəsaiti hesabına şəhərdə yerləşən beş məscidin hamısında növbə ilə iftar süfrələri açılmasını xahiş edib. Təklif minnətdarlıqla qəbul edilib.