Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

9 İyul 2015, 13:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah- iyulun 10-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda havanın temperaturunun gecə 22-26, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 10-da hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...