“Ayna” Qaçqın və Məcburi Köçkün Qadınlar İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi köçkün və kimsəsiz uşaqlar üçün mənəvi reabilitasiya və sağlamlıq mühitinin yaradılması məqsədi ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi “ adlı layihə çərçivəsində tədbirlər təşkil edib.
Modern.az xəbər verir ki, layihənin məqsədi gələcək gənc nəslin sağlam inkişafı üçün yerli səviyyədə küçə və məcburi köçkün və kimsəsiz uşaqların probleminə pozitiv töhfə vermək, bir qrup bu uşaqları ilkin dövr üçün təlim-tərbiyəyə cəlb edərək, mənəvi və əxlaqi dəyərlərin təbliği etmək, onların sağlamlıqlarını, normal həyata sosial reabilitasiyalarına dəstək verməkdir.Layihənin vəzifələri Bakı şəhərində məcburi köçkün və kimsəsiz uşaqları Uşaq Inkişaf Mərkəzinə aidiyyəti orqanlardan toplamaq, yerlərdə praktik araşdırma və tədqiqatı təşkil etməkdir.
Tədbirlərdə uşaqları birliyin nəzdində olan ilkin dövr üçün cəlb etmək, mənəvi və əxlaqi dəyərlərin təbliği etmək , onların psixo-sosial reabilitasiyası üçün müayinə, korrektə işini təşkil etmək məsələləri müzakirə olunub. Tədbirdə iştirak edən gənclər dir uşaqlar kimi onların ilkin dövrdə müvafiq tələbatlarının ödənilməsi, təlim-tərbiyəsi, qidalanması, asudə vaxtının səmərəli təşkili, cəmiyyətə inteqrasiyası üçün imkanları səfərbər etmək təklifi ilə çıxış etmişlər . Daha sonra bu uşaqların taleyi ilə bağlı müvafiq instansiyalar qarşısında ictimai vəkilliyi həyata keçirməsi qərara alındı.
Modern.az