“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dövlət sirrinin qorunmasında ictimai dəstəyin rolunun artırılması ” mövzusunda tədbirlər təşkil edib.
Modern.az xəbər verir ki, tədbirlərdə dövlət sirrinin təhlükəsizliyi ilə bağlı müxtəlif metodlarla ictimaiyyətin maarifləndirməsi mövzusuna toxunulub. Milli internet resurslarında “dövlət sirrinin təhlükəsizliyinə ictimai dəstək” mövzusuna geniş dəyirmi masalar təşkil olunub.“Dövlət sirrinin təhlükəsizliyi təkcə dövlətin deyil, eləcə də hər bir kəsin vətəndaşlıq borcudur” adlı yeni ictimai fikrin formalaşdırılmasına dair müzakirələr aparılıb.
Tədbirlərdə KİV-lərdə, radio, tv, qəzet və jurnallarda “dövlət sirri haqqında qanundan şərhlər, izahlar, cəzalar və s.” mövzular müzakirə olunub.
Ali təhsil müəssisələri üçün “dövlət sirrinin təhlükəsizliyi” mövzusunda tədris vəsaitinin hazırlanması və ölkənin təhsil standartına daxil edilməsi məsələsini qaldırılıb.
Layihənin əsas məqsədi gənclərin bu sahədə ictimai fəallığını, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunvericilik aklarının onlara baxış statistikası artırmaq olub.
TV, radio, qəzet, elektron KİV-lər, məktəbdən kənar tədris materialları və s. mənbələrdə dövlət sirrinin təhlükəsizliyi barədə qanunların şərhi, maarifləndirici vəsaitlər vasitəsilə dövlət sirrinin yayılmasında ictimai qınağı artırması olunub.
Modern.az