Modern.az

Arif Hacılıdan Rauf Arifoğlunun istefasına REAKSİYA: “Onunla müzakirəmiz olacaq”

Arif Hacılıdan Rauf Arifoğlunun istefasına REAKSİYA: “Onunla müzakirəmiz olacaq”

9 İyul 2015, 14:07


“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa verəcəyini açıqlayıb.

Məsələ ilə bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı Modern.az saytına danışıb.

O qeyd edib ki, rəhbərlik etdiyi partiyanın hər bir üzvünün müstəqil qərarına hörmətlə yanaşır.  

“Rauf Arifoğlu özü də istefasının səbəbləri barədə ətraflı açıqlama verib. Əlavə bir şərh vermək istəmirəm. Biz hər bir Müsavat Partiyası üzvlərinin müstəqil qərarlarına hörmətlə yanaşırıq”,-deyə o bildirib.  

Partiya rəhbəri deyib ki, Rauf Arifoğlu ilə istefa məsələsini müzakirə edəcək.   Arif Hacılı onu da vurğulayıb ki, gələcəkdə partiya sıralarını genişləndirmək üçün mühüm addımlar atılacaq.  

Xatırladaq ki, musavat.com saytının redaktoru, tanınmış jurnalist Xalid Kazımlı da Müsavatdan istefa verəcəyini bəyan edib.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...