Modern.az

Politoloqdan Qarabağın Azərbaycanlı icmasına TƏKLİF: “Bako Saakyanın səfərlərinin qarşısını ala bilmiriksə...”

Politoloqdan Qarabağın Azərbaycanlı icmasına TƏKLİF: “Bako Saakyanın səfərlərinin qarşısını ala bilmiriksə...”

9 İyul 2015, 14:17

“Dağlıq Qarabağ separaçılarının lideri Bako Saakyanın xarici ölkələrə səfərlərinin qarşısını ala bilmiriksə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasını təmsil edən fiqurlardan birinin başqa dövlətlərdə konfrans və seminarlarının təşkilinə ehtiyacı var”.

Modern.az saytı xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı Dağlıq Qarabağ rejiminin “prezidenti” Bako Saakyanın Londonda “Cahtham House” və Böyük Britaniya parlamentindəki çıxışlarını şərh edərkən  deyib.

O, bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndəsi elə bir firur olmalıdır ki, Saakyanın Vaşinqton, Paris və Londonda səsləndirdiyi fikirlərini arqumentlərlə darmadağın edə bilsin.

“Onsuz da Bako Saakyanın səfələrinin qarşısını ala bilmirik, heç olmazsa ona tutarlı cavab verəcək şəxsin və ya qrupun həmin ölkələrdə toplantılarını təşkil etməliyik. Məqsəd ondan ibarət olmalıdır ki, Qərbdəki mərkəzlər alternativ fikir və yanaşma da eşitsinlər. Elə birinci hədəf Bako Saakyanın son çıxış etdiyi Böyük Britaniyanın Beynəlxaq Münasibətlər üzrə Kral İnstitutu - "Chatham House" olmalıdır”,-deyə E.Çahinoğlu qeyd edib.

Aqşin Kərimov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...