Gözlər insanın 5 duyğu üzvündən biridir. Müxtəlif göz rənglərinə malik insanlar var. Alimlər göz rənglərinə görə insanların xüsusiyyətləri müəyyənləşdiriblər. Modern.az saytı mütəxəssislərin sadaladıqları xüsusiyyətlərdən bəhs edir.
Yaşıl gözlü insanlar - Baxmayaraq ki, əsəbi insanlardır, ancaq dəyər verdikləri şəxsləri incitməyi sevməzlər. Hisslərinə hakim olmağı bacarırlar. Onlar kinli və çox qısqanc olurlar.
Qəhvəyi gözlü insanlar - Hissiyyatli insanlardır. Dünyaya romantik gözlərlə baxırlar. Sirlərini ətrafa özləri açırlar. Diqqət mərkəzində olmağı çox sevirlər. Yaradıcı insanlardır, hiss etdiklərini bildirməkdən çəkinmirlər. Onlar başqalarının problemləri haqqında çox maraqlanırlar. Bəzən vəfasızlıq edirlər.
Ala gözlü insanlar - Qürurlu və həssas insanlardır. Qürurlarının sınmasını sevməzlər.
Qara gözlü insanlar - Çox tez həyəcanlanırlar. Qayda-qanuna riayət edən insanlardır. Kinli və duyğusaldırlar. Təşkilatçılığı yaxşı bacarırlar. Qarşılarına çıxan insanları idarə etməyi xoşlayırlar.
Firayə ALLAHVERDİYEVA