Modern.az

Azərbaycan klubları bu axşam AvroLiqada cavab oyununa çıxır

Azərbaycan klubları bu axşam AvroLiqada cavab oyununa çıxır

9 İyul 2015, 15:16



Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin oyunları keçiriləcək.

Modern.az saytı xəbər verir ki, Azərbaycanın üç klubu cavab oyununa çıxacaq - "İnter", "Qəbələ" və "Neftçi".

Saat 21:00-da Bakının "İnter" klubu Albaniyanın "Laçi" klubunu qəbul edəcək, oyun  AzTV-də yayımlanacaq. İlk oyun heç-heçə nəticələnmişdi - 1:1.

Eyni saatda (21:00) başlayacaq "Qəbələ" - "Dinamo" (Tiflis) oyununu "İdman Azərbaycan" kanalı verəcək. İlk oyunda "Qəbələ" uduzmuşdu - 1:2.

Saat 23:30-da isə Çernoqoriyada yerli "Mladost" Bakının "Neftçi" klubunu qəbul edəcək. Bu oyunu da "İdman Azərbaycan" yayımlayacaq. İlk oyunda 2:2 hesabı qeydə alınmışdı.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...