Media Təqib Mərkəzi 2015-ci ilin iyun ayı üçün medianın monitorinqinin analizini təqdim edir
Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.
MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada universitetlərlə bağlı məlumatları təqib edir.
Modern.az saytı Media Təqib Mərkəzinin UNİVERSİTETlərlə bağlı analitik məlumatını təqdim edir.
2015-ci ilin iyun ayında elektron mətbuatda- sayt və portallarda universitetlərlə əlaqəli 7336 xəbər yerləşdirilib.
Yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 1463 xəbər dərc edilib.
Televiziya kanallarında isə universitetlər haqqında 147 xəbər efirə gedib.
Ümumilikdə, 2015-ci ilin iyun ayında universitetlər 8946 xəbərlə ölkə mediasının gündəmində olub.
Hesabat dövründə qəzet və jurnallarda universitetlər haqqında 1463 məlumat dərc edilib. İlk 5-liyi təqdim edirik:
Bakı Dövlət Universiteti | 278 xəbər |
Azərbaycan Tibb Universiteti | 112 xəbər |
Azərbaycan Dövlət İqtisad Universiteti | 102 xəbər |
Azərbaycan Texniki Universiteti | 85 xəbər |
Bakı Slavyan Universiteti | 72 xəbər |
Hesabat dövründə sayt və portallarda universitetlər haqqında 7336 xəbər dərc edilib. İlk 5-liyi təqdim edirik:
Bakı Dövlət Universiteti | 1286 xəbər |
Azərbaycan Dövlət İqtisad Universiteti | 656 xəbər |
Azərbaycan Tibb Universiteti | 636 xəbər |
Azərbaycan Texniki Universiteti | 488 xəbər |
Azərbaycan Dillər Universiteti | 408 xəbər |
Hesabat dövründə televiziyalarda universitetlər haqqında 147 xəbər göstərilib. İlk 5-liyi təqdim edirik:
Azərbaycan Dövlət Aqrar Universiteti | 33 xəbər |
Bakı Dövlət Universiteti | 22 xəbər |
Bakı Musiqi Akademiyası | 19 xəbər |
Azərbaycan Milli Konservatoriyası | 17 xəbər |
Milli Aviasiya Akademiyası | 16 xəbər |
Modern.az